AZ

“Standart vəziyyətlərdən iki qol buraxmaq adamı məyus edir” - Azər Bağırov

“Kəpəz” bizon ölkə kubokunun 1/4 finalının cavab oyununda da “Turan Tovuz”a məğlub oldu – 0:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında nominal ev sahiblərinin çalışdırıcısı Azər Bağırov media önünə çıxıb.

- Azarkeşlərimizə təşəkkür edirəm. Neçə vaxtdı təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmaq adamı məyus edir. Qarşıda "Turan Tovuz"la çempionat matçı var. Ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini oynayacağıq. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçının, qapıçı məşqçisin üzərinə düşür. Belə hallarda nəsə demək çətindi.

- Ohorinin zədəsi ciddidi?
- Həkimlər çox ciddi olduğunu demədilər. Tibbi müayinədən sonra daha dəqiq bilinəcək. Ayağında buraxılma oldu.

- Komandanın fiziki hazırlığında problem yoxdu?
- Xeyr. Heç bir problem yoxdu. Komandamızdə əzələ zədəsi yoxdu. Banın çiynində köhnə xroniki problem var. Buna görə onu start heyətində oynatmadıq.

- Kubokda mübarizəni dayandırdız, çempionatda komanda, demək olar ki, hədəfə çatıb, yeni aşağı liqaya düşmək təhlükəsi yoxdu. Azarkeşlər iddiasız "Kəpəz" görmək istəmir. Növbəti mövsümdə artıq Gəncədə oynayacaqsız. Təzyiq altında oynamaq necə təsir göstərəcək?
- Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədi. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burda qalıb-qalmayacağımızı bilmirik.

- Sizə yeni müqavilə təklif olunub?
- Hər şey mayda bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
53
4
football-plus.az

5Mənbələr