AZ

İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"

"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandada yaranmış çətin vəziyyət fonunda futbolçuların motivasiyası barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis mətbuat konfransı zamanı "kral klubu"nun oyunçularını xarakter nümayiş etdirməyə çağırıb.

"Bura "Real"dır və biz bəhanə axtarmırıq. Çətinliklər qarşısında daha da güclənməliyik. Futbolçuların və peşəkarların əsl dəyəri məhz işlər ağır gedəndə bəlli olur. Hesabda 3:0 öndə olanda hamı yaxşı və inamlı oynayır. İşlər qaydasında olanda "Real"da güclü oyunçu olmaq asandır. Lakin biz bu formanı daşımağa layiq olduğumuzu məhz indi göstərməliyik".

Qeyd edək ki, "kral klubu" İspaniya çempionatı çərçivəsində martın 7-də "Selta"nın qonağı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
qol.az

2Mənbələr