AZ

Ruslan Abışov: “Kubokda hədəfimiz böyükdür” – ARENA.AZ

“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda təşkil edilmiş cavab qarşılaşmasında Tovuz təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

İlk oyunda da 1:0 hesabıyla qalib gəlmiş “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev cəzalı olduğu üçün, onu bu matçda Ruslan Abışov əvəz edib. Gənc mütəxəssis matçdan sonra təşkil edilmiş mətbuat konfransında yarımfinala çıxmalarına belə şərh verib:

“5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bütün idmançıları, məşqçiləri, idmanla məşğul olan hər kəsi təbrik edirəm. İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol futbolçularda bir az arxayınlıq yaratdı. Bu da oyuna öz təsirini göstərirdi. İkinci hissənin əvvəlində də erkən qol vurduq. Artıq ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda daha yaxşı epizodlar yarada bilərdik. Daha çox qol vura bilərdik. Artıq bu oyunu yaddan çıxarıb çempionat oyununa hazırlaşacağıq. Kubokda da hədəfimiz böyükdür. Finala qədər getmək istəyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
5
arena.az

10Mənbələr