AZ

İran ABŞ və İsrailin İraq Kürdüstanındakı bazalarının məhv ETDİ

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fadahossein Maleki bildirib ki, İran İraq Kürdüstanındakı ABŞ və İsrail hərbi bazalarını məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.

ISNA onun sözlərini sitat gətirərək bildirib: “İran Kürdüstandakı ABŞ və sionist bazalarını zorla məhv edib”.

Məlumata görə, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Yaxın Şərqdə və İsraildə Amerika hərbi hədəflərinə zərbələr endirir.

Bildirilir ki, ABŞ–İsrail hücumları nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
redaktor.az

2Mənbələr