AZ

Şahin Şıxlinski və Səfərovlara hökm oxundu


Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub.
Yeniavaz.com
ura.ru-ya istinadən xəbər verir ki, Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Şıxlinski cəzasının ilk dörd ilini həbsxanada keçirəcək, bundan sonra isə ciddi rejimli cəza koloniyasına köçürüləcək. Zərərçəkənlərə ümumilikdə 600.000 rubl ödənilməsi qərara alınıb. Bundan əlavə, Şıxlinskinin əmlakı, o cümlədən dörd avtomobili, iki yaşayış yeri və külli miqdarda nağd pulu müsadirə edilib.
Həmçinin, hökmə əsasən Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Bakir Səfərov 10 il, Şücayəddin Rəcəbov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Ş. Şıxlinskinin həbsi avqustun 2-də elan edilib. O, qətlə cəhddə ittiham olunur.
Şahin Şıxlinskinin vəkili bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Seçilən
125
21
yeniavaz.com

10Mənbələr