AZ

FİFA Tufan Sadıqovun futbol fəaliyyətinə ömürlük qadağa qoydu

FIFA Rusiya Futbol İttifaqının tələbi ilə “Ximki”nin sabiq investoru Tufan Sadıqovu futbol fəaliyyətinə ömürlük qadağa qoyub. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder İvan Karpov yayıb.

Məlumata görə, ali futbol qurumu bu addımı Rusiya Futbol Federasiyasının şikayəti səbəbindən atıb.

Azərbaycanlı Tufan Sadıqov iş adamı və "Ximki"nin keçmiş investorudur. Lakin o, rəsmi olaraq klubda heç bir rəsmi vəzifə tutmayıb. 2023-cü ilin may ayında məmur “Ximki”nin büdcəsinin növbəti beş il üçün ildə 1,5 milyard rubl olduğunu bildirmişdi. Rusiyadan uzaqlaşdıqdan və "Ximki"dən ayrıldıqdan sonra o, Türkiyəyə yollanaraq "Serik Belediyespor"a rəhbərlik etməyə başlamışdı. Lakin orada da ödəmədiyi borclar əmələ gətirdikdən sonra klubdan ayrılmışdı.

18 iyun 2025-ci il tarixli qərara əsasən "Ximki" klubu Moskva vilayəti tərəfindən rəsmi olaraq müflis elan edilərək fəaliyyətini dayandırıb.

Seçilən
1
fanat.az

1Mənbələr