Martın 5-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.
Pravda.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 346 nəfərdən ibarət 90 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Tarix: 5 Mart 2026, 17:57