AZ

Gəncədə avtomobil yaşayış binasına çırpıldı

Gəncədə
Gəncə şəhərinin 1-ci mikrorayon ərazisində avtomobil yaşayış binasına çırpılıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sürücü idarə etdiyi “Chevrolet” markalı avtomobilin idarəetməsini itirib.
Nəticədə maşın 5 mərtəbəli binanın birinci mərtəbəsində pəncərəni sıradan çıxararaq evin içərisinə girib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.

Seçilən
66
1
1news.az

2Mənbələr