Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müğənni Xatirə İslam televiziya proqramında maraqlı açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bir müddətdir Xalq artisti Mənsum İbrahimov onunla küsülü imiş.
"Rəngarəng" verilişində qonaq olan Xatirə İslam bildirib ki, bu küsülülük onun muğam ifa etməməsi ilə bağlı olub. Onun sözlərinə görə, mərhum sənətkar İslam Rzayevdən sonra Mənsum İbrahimov ona bu mövzuda iradını bildirib.
Proqram zamanı canlı yayıma zəng edən Mənsum İbrahimov da məsələ ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Xatirə İslamın səsini hər zaman yüksək qiymətləndirib və onun xanəndə səsinə sahib olduğunu düşünür:
"Mən həmişə demişəm ki, onun səsi xanəndə səsidir. Ona görə də bəzən hirslənirəm və deyirəm ki, bacarığın çoxdur. İstedadı var, zövqlə oxuyur. Heç olmasa iki adi mahnı oxuyanda birini də xalq mahnısı oxusun".
Xatirə İslam isə əlavə edib ki, uzun müddət davam edən bu inciklik məhz verilişdə edilən telefon zəngindən sonra aradan qalxıb və tərəflər barışıblar.
Hüseyn
Milli.Az
.jpg)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.