AZ

Real axtardığı baş məşqçini TAPDI

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniyanın "Real Madrid" klubu növbəti mövsüm üçün baş məşqçi məsələsini gündəmdə saxlayır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın "sükanı arxasına" təcrübəli italiyalı mütəxəssis Massimiliano Alleqrini gətirmək variantını nəzərdən keçirir.

İtaliyanın "Corriere dello Sport" nəşrinin məlumatına görə, Madrid təmsilçisi yay transfer pəncərəsi zamanı hazırda "Milan"ı çalışdıran Alleqrini komandaya cəlb etməyə çalışacaq. Klub rəhbərliyi yeni mövsümdə komandanın idarəsini məhz onun kimi təcrübəli məşqçiyə həvalə etmək niyyətindədir.

"Real"ın mümkün namizədləri arasında almaniyalı məşqçi Yurgen Kloppun da adı çəkilsə də, onun hazırda "Red Bull" futbol strukturunda rəhbər vəzifədə çalışması və yenidən məşqçilik fəaliyyətinə qayıtmaq istəməməsi bu ehtimalı zəiflədib. Bu səbəbdən Alleqri Madrid klubunun əsas namizədi kimi ön plana çıxıb.

Qeyd edək ki, Massimiliano Alleqrinin "Milan"la qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Buna baxmayaraq, "Real Madrid" rəhbərliyi təcrübəli mütəxəssisi mövsümün sonunda heyətinə qatmaq üçün addımlar atmağa hazırlaşır.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
news.milli.az

4Mənbələr