Axar.az saytına istinadən ain.az xəbər verir.
PJAK terror təşkilatı kimi etnik separatizmi qızışdıran təşkilatların fəaliyyəti təkcə İranın təhlükəsizliyinə deyil, həm də regionun ümumi sülhünə və sabitliyinə mənfi təsir göstərir. Biz PJAK-ın İrandakı fəaliyyətini və regiondakı hərəkətlərini dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izləyirik.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
“İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə daha da şiddətlənən münaqişələri yaxından izləyirik. Ümid edirik ki, günahsız mülki şəxslərin həyatını, həmçinin bölgəmizin sülh və sabitliyini təhdid edən bu münaqişələrə dərhal son qoyulacaq”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl PJAK terrorçularının İrana hücum etdiyi, SEPAH-ın isə terror qruplaşmasına qabaqlayıcı zərbələr endirdiyi barədə məlumat yayılmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.