Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüşdə baş tutub.
"Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.
R. Nəbiyev həmçinin Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı ətrafında fikir mübadiləsi aparıldığını bildirib.