AZ

İran Naxçıvan istiqamətinə 4 dron yönləndirib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb - MN

Bakı.Trend:

Texniki vasitələrlə təsbit edilmişdir ki, İran İslamRespublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuzuçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarınıtörətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusutərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, ocümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.

Trend xəbərverir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmiaçıqlamasında əksini tapıb.

Bildirilib ki, orta məktəb binasını hədəfə alan pilotsuz uçuşaparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerəçırpılaraq partlayıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
120
2
az.trend.az

1Mənbələr