AZ

İranın Naxçıvanda dron hücumu ilə bağlı açılan cinayət işi üzrə maddələr məlum olub

Bakı.Trend:

Xəbər verildiyi kimi, Naxçıvanda mülkiinfrastruktura dron hücumu ilə bağlı cinayət işi başlanıb.

Trend xəbərverir ki, bu barədə məlumat Baş Prokurorluğun rəsmi açıqlamasındaəksini tapıb.

“Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdanidarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədədpilotsuz uçuş aparatları (PUA) vasitəsilə AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastrukturobyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə CinayətMəcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri iləcinayət işi başlanaraq ibtidai istintaq aparılır”,- məlumatdabildirilir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
84
4
az.trend.az

10Mənbələr