AZ

“Neftçi” – “Turan Tovuz” oyununa böyük maraq – 3000 bilet satıldı

“Neftçi” Premyer Liqanın XXIII turunda “Turan Tovuz”u qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, martın 9-da, “Palms Sports Arena”da keçiriləcək görüş üçün bilet satışı davam edir.

Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna artıq 3000 bilet satılıb.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu saat 20:30-da start götürəcək.

Seçilən
98
2
idmanxeber.az

4Mənbələr