AZ

Suraxanı İH-dən daha bir narazılıq: obyekt tikir, sakini “zülmət”də qoyurlar – VİDEO

Bakının Suraxanı rayonunda yaşayan bir sakin ərazidə aparılan tikinti işləri ilə bağlı narazılıq edib.

NOCOMMENT.az xəbər verir ki, sakin evinin qarşısında böyük obyekt tikildiyini, bununla da evinə işığın düşməsinin qarşısının alındığını bildirib.

Sakin iddia edir ki, onun yaşadığı evin qarşısında iri obyekt tikilir və bu tikinti gecə-gündüz davam edir. Onun sözlərinə görə, tikinti işləri faktiki olaraq “gecəqondu” üsulu ilə aparılır və bunun üçün Suraxanı Rayon İcra Hakimiyyətinin qeyri-qanuni razılığı verildiyi bildirilir.

Vətəndaşın iddiasına görə, tikilən obyekt onun evinin qarşısında yerləşdiyi üçün yaşayış sahəsinə gün işığının düşməsinə mane olur və mənzil demək olar ki, qaranlıqda qalacaq.

Bununla yanaşı, iddialarda Suraxanı rayonunda bəzi boş torpaq sahələrinin satılması ilə bağlı da narazılıqlar səsləndirilir. Sakinlər bu proseslərin yerli icra hakimiyyəti tərəfindən həyata keçirildiyini iddia edirlər.

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdir. O, 2024-cü ildə bu vəzifəyə təyin olunub. Paytaxt rayonlarında mövcud problemlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

 

Seçilən
90
1
nocomment.az

2Mənbələr