AZ

"Barselona" yeni ulduz hücumçu axtarışında: Siyahıda görün kimlər var

"Barselona" yay transfer pəncərəsində yeni hücumçu axtarışını davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Kataloniya klubu mövsümün sonunda müqaviləsi bitəcək yaşlı hücumçu Robert Levandovski ilə yolları ayırmağı planlaşdırır. Komandada Ferran Torres olsa da, onun məhsuldarlığı klub rəhbərliyini tam qane etmir və "Barselona" daha çox qol vuran klassik mərkəz hücumçusu transfer etmək istəyir.

Klubun əsas hədəfləri "Bayern"dən Harri Keyn və "Atletiko"dan Yulian Alvares hesab olunur. Lakin maliyyə baxımından bu transferlərin həyata keçirilməsi çətin görünür.

Buna görə "Barselona" alternativ variantları da nəzərdən keçirir. Siyahıda "Qalatasaray"ın Viktor Osimhen və "Mançester Siti"nin universal futbolçusu Omar Marmuş da yer alır.

Seçilən
15
publika.az

1Mənbələr