Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi regionda davam siyasi gərginlik fonunda diqqət çəkən və simvolik əhəmiyyət daşıyan addımdır.
Bunu News365.az-a
açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar deyib. Siyasi şərhçi
qeyd edib ki, belə bir dövrdə Ermənistanla iqtisadi əlqələrin saxlanıması,
humanitar məzmunlu addımların atılması Azərbaycanın regionda sabitlik və əməkdaşlıq
modeiini təşviq etmə niyyətinin yüksək olduğunun göstəricisidir:
“Bu cür addımlar göstəriri ki, ölkəmiz regional münasibətlərdə yalnız siyasi deyil,
iqtisadi və humanitar proseslər vasitəsi ilə də sabitliyin möhkəmləndirilməsinə
çalışır. Azərbaycan uzun illər formalaşdırdığı xarici siyasət xəttində Cənubi
Qafqazın sabitlik və əməkdaşlıq məkanına çevirilməsini özünə əsas prioritet
götütürb.
Ülviyyə Zülfüqar onu da vurulayıb ki, bu addım Azərbaycanın sülh
gündəliyinə sadiqliyinin göstəricisdir:
“Rəsmi Bakı regionda davamlı sülhün təmin edilməsinin
yanlız siyasi proseslərlə deyil, həm də real iqtisadi və komunikasiya ələqələrinin
qurulması ilə mümkün olacağını vurğulayıb. Bununla yanaşı Ermənistana məhsulların
göndərilməsi kimi addımlar Azərbaycanın əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə
əsaslanan yeni mərhələnin qorunması və inkişaf etdirilməsində maraqlı olduğunu
göstərir”.