AZ

Almaniya iş adamlarının Azərbaycana investisiyalarının genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Azərbaycanla Alman iş adamları arasında dayanıqlı sənaye, enerjisəmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrindəəməkdaşlıq imkanları müzakirə olunub.

Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar AxundovAlman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru NargisViyekin rəhbərlik etdiyi alman iş adamlarından ibarət nümayəndəheyəti ilə görüşüb.

Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlısənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogentexnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrindəəməkdaşlıq imkanlarının ətrafında müzakirələr aparılacaqdır.

Tərəflər Almaniya iş adamlarının ölkəmizə investisiyaimkanlarının araşdırılması və institusional əməkdaşlığıngenişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Məqalədə:
Seçilən
103
az.trend.az

1Mənbələr