AZ

İranın dron hücumuna rəsmi cavab

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasındandır. XİN hava limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən hücumları qətiyyətlə pisləyib.

İran Naxçıvanı vurdu | VİDEO

"Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik", - məlumatda bildirilib. Sənəddə vurğulanıb ki, Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Məlumatda qeyd olunub ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
23
azvision.az

10Mənbələr