AZ

AzTV-nin diktoru, Xalq artisti illər sonra EFİRDƏ - VİDEO

Eldost Bayram uzun müddət sonra yenidən televiziya ekranlarında görünüb.

Milli.Az xəbər verir ki, AzTV-nin tanınmış diktoru və Xalq artisti "Günə Uğurla" verilişinin qonağı olub.

Uzun fasilədən sonra efirə çıxan Eldost Bayramın proqramda iştirakı izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə maraqla qarşılanıb. Tamaşaçılar onun illər sonra yenidən efirdə görünməsini müzakirə ediblər.

Qeyd edək ki, Eldost Bayram uzun illər Azərbaycan Televiziyası ekranlarında diktor kimi fəaliyyət göstərib və peşəkar təqdimatı ilə tamaşaçıların yaddaşında qalıb. Onun "Günə Uğurla" proqramındakı çıxışı bir çox izləyicilər üçün nostalji hisslər yaradıb.

Musa
Milli.Az

Seçilən
30
1
milli.az

2Mənbələr