AZ

Türkiyə MN: "PJAK-ın İrandakı fəaliyyətini yaxından izləyirik"

Türkiyə terror təşkilatı PJAK-ın İranda həyata keçirdiyi fəaliyyətləri yaxından izləyir.

Hit.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Türkiyə qonşu ölkələrin parçalanmasının deyil, onların ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır:

"Bu çərçivədə terror təşkilatı PJAK kimi etnik bölücülüyü qızışdıran qurumların fəaliyyəti yalnız İranın təhlükəsizliyinə deyil, eyni zamanda, regionun ümumi sülh və sabitliyinə də mənfi təsir göstərir. Terror təşkilatı PJAK-ın İranda həyata keçirdiyi fəaliyyətləri və bölgədə baş verən prosesləri dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izləyirik".

Seçilən
0
3
hit.az

4Mənbələr