AZ

Orxan Nəzərli: Dövlət Vergi Xidməti iqtisadi proseslərə istiqamət verən instituta çevrilməlidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Bizim yanaşmamız ondan ibarətdir ki, Dövlət Vergi Xidməti iqtisadi proseslərə istiqamət verən, dəyər yaradan instituta çevrilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir və qlobal çağırışlar vergi idarəçiliyindən daha çox sürət, şəffaflıq və effektivlik tələb edir.

“Bu reallıqda vergi sistemi artıq yalnız fiskal nəzarət funksiyası yerinə yetirən qurum ola bilməz. Yeni mərhələyə keçid xarici təzyiqlərin məcburi nəticəsi deyil. Bu keçid daxildən başlayan transformasiyanın nəticəsidir. İdarəetmədə, qərarvermədə və məsuliyyət bölgüsündə dəyişiklik etmədən davamlı inkişaf mümkün deyil. Ötən il biz Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyasını qəbul etdik və dərhal da onun icrasına başladıq. Strategiya bizim üçün idarəetmə modelidir. Bu model dəyişən iqtisadi mühitə çevik uyğunlaşmanı, aydın strateji baxışı və uzunmüddətli missiyanı özündə birləşdirir. Strategiyamız dörd əsas dəyərə söykənir və bu dəyərlər gündəlik fəaliyyətimizdə konkret qərarlara çevrilir. Burada əsas məsələ yalnız texnologiya və ya struktur deyil. Əsas məsələ düşüncə tərzinin və təşkilati mədəniyyətin dəyişməsidir. Şəffaflıq və etimad vergiödəyiciləri ilə münasibətlərin təməlidir və bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Hər bir strateji addımın ölçülə bilən nəticəsi olmalıdır. Məqsədimiz aydındır - ədalətli, şəffaf və dayanıqlı vergi sistemi”, - deyə Orxan Nəzərli əlavə edib.

Foto – Azər İbrahimov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
azertag.az

3Mənbələr