AZ

Professor: Düşmən uzaqda deyilmiş, məqam gözləyirmiş » AzadMedia.az

Professor:

Politoloq, professor Vaqif Abdullayev İranın Naxçıvana qarşı həyata keçirilən dron hücumlarını sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, İranın fars mollakratiyası bu addımı ilə Azərbaycana qarşı düşmən münasibətini bir daha nümayiş etdirib.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti ABŞ və İsrailin İrana qarşı son hücumları ilə bağlı dəfələrlə öz ərazisinin İrana qarşı istifadə olunmasına icazə verilməyəcəyini bəyan edib və neytral mövqe tutduğunu açıq şəkildə göstərib. Lakin buna baxmayaraq, rəsmi Tehranın təxribat xarakterli addımlardan çəkinmədiyini bildirib.

Vaqif Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin İranda baş verən son hadisələrlə bağlı narahatlığını ifadə etməsi və İranın Azərbaycandakı səfirliyinə gedərək ölkənin ali dini lideri Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verməsi də İran tərəfinin bu cür hərəkətlərinin qarşısını almayıb.

Politoloqun fikrincə, blokada şəraitində yaşayan və Azərbaycanla birbaşa quru əlaqəsi olmayan Naxçıvanın hədəfə alınması təsadüfi deyil. O bildirib ki, vaxtilə Ermənistan da Naxçıvanın bu coğrafi vəziyyətindən istifadə edərək bölgəni ağır silahlarla atəşə tuturdu.
Abdullayev əlavə edib ki, bu gün eyni təxribat xarakterli addımların İran tərəfindən atılması rəsmi Tehranın siyasətindəki ziddiyyətləri göstərir. Onun sözlərinə görə, müsəlman dövləti olan İranın bu cür hərəkətləri İslam dəyərlərinə ziddir və regionda sabitliyə xidmət etmir.

Politoloq həmçinin vurğulayıb ki, Naxçıvan tarix boyu müxtəlif təzyiqlərə baxmayaraq möhkəm dayanmağı bacarıb və bölgə əhalisi hər zaman təxribatlara layiqli cavab vermək əzmində olub. Abdullayev hesab edir ki, bu cür addımlar regionda gərginliyi daha da artıra bilər və ciddi nəticələr doğura bilər.

Seçilən
45
1
azadmedia.az

2Mənbələr