AZ

“Müasirlik adı altında insanımız iy verib iylənir...”

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qüsurlu yenilənmə necə baş verir? Necə olur ki, Qərbdən idxal etdiyimiz, yaxud Qərbin ixrac etdiyi dəyərlər bizdə Qərbdəki kimi müsbət effekt vermir, tam əksinə, olan-qalan dəyərlərimizi də korlayır?”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, prosesin bizim tərəfdən kor-koranə aparıldığını bildirib:

“Dəyərdən əvvəl o dəyəri yaradan düşüncəni idxal etməliyik. Madam Bovaridən əvvəl Floberi gətirməliyik cəmiyyətimizə. Flober özüylə antifloberi də gətirəcək.Floberlə antifloberin qarşıdurması nəyin doğru, nəyin yanlış olduğunu üzə çıxaracaq. Əlimizdə mühitin kirlilik dərəcəsini əvvəlcədən ölçə bilmək üçün alətlər olacaq.Düşüncə yoxdursa, cəmiyyət özünün sosial-mənəvi kirliliyini ölçə bilməz.Floberdən öncə cəmiyyətə buraxılan Madam Bovari o cəmiyyəti ancaq zibilləyə bilər.Cəmiyyətimizdə də bu baş verir: Düşüncədən öncə gətirdiyimiz dəyərlərlə nəhəng sosial, əxlaqi bir zibillik yaratmışıq ölkədə. Müasirlik adı altında insanımız iy verib iylənir”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
1
adalet.az

2Mənbələr