Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Drujba boru kəməri ilə Rusiya neftinin tədarükünün dayandırılması Ukraynanın müdafiə səylərini təhlükə altına almamalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Kallas vurğulayıb ki, zədələnmiş boru kəməri Ukraynanın müdafiəsini girov saxlamamalıdır və növbəti sanksiyalar mümkün qədər tez tətbiq olunmalıdır.
O əlavə edib ki, hazırda Avropa İttifaqı Ukraynanın təhlükəsizliyinə verdiyi dəstəyi gücləndirmək üzərində işləyir və Kiyevin Avropaya inteqrasiyası “geostrateji məqsəd və AB-nin təklif edə biləcəyi ən güclü təhlükəsizlik zəmanətidir”.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.