Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya İran ətrafındakı münaqişənin həllində vasitəçilik xidmətləri göstərməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Ulyanov qeyd edib ki, “Rusiya zəruri hallarda vasitəçilik xidmətləri göstərməyə hazırdır. Bizim lazımi təcrübəmiz var.”
O əlavə edib ki, Tehran hazırkı vəziyyətdə Rusiyanın xidmətlərindən istifadə etməyə hazır olacaq.
Daimi nümayəndə həmçinin bildirib: “Amma amerikalılar vasitəçilərə ehtiyac duymadıqlarını açıq şəkildə bildirirlər. Onlar deyirlər ki, Vaşinqton mövcud problemləri təkbaşına həll edə bilər. Əslində, amerikalılar bu işdə çox pisdirlər”.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.