ain.az, Redaktor.az saytına istinadən bildirir.
Yeni Zelandiya hökuməti mümkün olduqda vətəndaşlarını təxliyə etmək üçün Yaxın Şərqə iki hərbi təyyarə göndərəcək.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xarici işlər naziri Uinston Peters və müdafiə naziri Cudit Kollinz hökumətin aviaşirkətlərlə, o cümlədən çarter uçuşları variantlarını müzakirə etdiyini açıqlayıblar. Qeyd edilib ki, Dubaydan Yeni Zelandiyanın Oklend şəhərinə uçuşlar hazırda dayandırılıb.
Nazirlər bildiriblər ki, Yaxın Şərqdə təxminən 3000 Yeni Zelandiya vətəndaşı yaşayır.
Peters əlavə edib: “Mülki əhalinin təxliyə əməliyyatlarının nə vaxt və necə mümkün olacağından əmin deyilik, amma vəziyyət imkan verdikdə bunu etməyə hazırıq”.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.