AZ

Eks Baş nazirin qızı prokurorluğa çağırıldı

ain.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyanın qızı Anna Abrahamyan Baş Prokurorluğa çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə müvafiq bildiriş rəsmi elanlar saytında yerləşdirilib.

Bildirişə əsasən, Anna Abrahamyan Qanunsuz İstehsal Edilmiş Aktivlərin Müsadirə Edilməsi Departamentinə çağırılıb. Onun əmlakı ilə bağlı araşdırma aparılıb və bu istiqamətdə istintaq işi açılıb.

Bildirişə əsasən, o, bir ay ərzində iş materiallarına baxmaq, mövqeyini bildirmək və bəyannamələr təqdim etmək üçün Prokurorluğa gəlməlidir.

Qeyd edək ki, Anna Abrahamyan İrəvanın Kentron rayonunda notarius işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
modern.az

1Mənbələr