AZ

Uşaqlara hicabın qadağan edilməsi təklif olunur

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Stokholmdakı Xristian Demokratlar bağçalarda və ibtidai məktəblərdə, yəni, bir yaşdan doqquz yaşa qədər uşaqlar üçün hicabın qadağan edilməsini təklif ediblər.

Modern.az xəbər verir ki, partiya dövlət sektorunda çalışanlar üçün çadra və niqabların milli səviyyədə qadağan edilməsini müdafiə edir.

“Biz bu təklifi Stokholm bağçalarında mənfi tendensiyanı gördüyümüz üçün irəli sürürük. İsveç dəyərləri qorunmalı və balacalar uşaq olaraq qalmalıdırlar”, - deyə partiya lideri Nike Erbrink bildirib.

Onun sözlərinə görə, təklif valideynlərin artan təzyiqi və təhsil mühitində sözdə “şərəf normaları”nın təsiri ilə bağlı narahatlıqdan irəli gəlir. Partiya, həmçinin işçilərin oxşar təzyiqə məruz qalıb-qalmadığını və uşaqların nə qədər tez-tez hicab taxdıqlarını müəyyən etmək üçün şəhərin bağçalarında araşdırma aparmağı təklif edir. Xristian Demokratlar hesab edirlər ki, aydın qanunvericilik bağça işçilərinə dini və mədəni normalarla bağlı məsələlərdə daha yaxşı hərəkət etməyə kömək edəcək.

Bu təşəbbüs mübahisələrə səbəb olub. Liberal Partiya nümayəndələri xəbərdarlıq edirlər ki, qadağa valideynlərin qızları bələdiyyə məktəblərindən çıxarıb özəl dini məktəblərə köçürməsinə səbəb ola bilər.

Bir neçə il əvvəl Skone bölgəsindəki Skurup və Staffanstorp bələdiyyələri artıq uşaq bağçalarında və məktəblərdə hicabı qadağan etməyə cəhd göstəriblər. Lakin inzibati məhkəmələr belə bir tədbirin hüquqi əsasının olmaması və din azadlığının pozulması barədə qərar çıxarıb. Ali İnzibati Məhkəmə bu mövqeyi dəstəkləyib və işə yenidən baxmaqdan imtina edib. (AzərTac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
modern.az

3Mənbələr