AZ

Azərbaycan klubu afrikalı futbolçu transfer etdi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan klubu afrikalı futbolçu transfer etdi

Azərbaycan 1-ci liqasında çıxış edən “Şimal”  klubu heyətini yeni legionerlə gücləndirib.

QOL.az xəbər verir ki, Xaçmaz təmsilçisi 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib.

Qeyd edək ki, “Şimal” 1-ci liqada 8 xalla onuncudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
qol.az

3Mənbələr