AZ

NİİM: Motosikletlərin iştirakı ilə olan qəzaların çoxu ölüm və xəsarətlə nəticələnir VİDEO

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Müşahidələr göstərir ki, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir".

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib. Qeyd olunub ki, bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir:

"Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət edilməli, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidirlər".

NİİM martın 3-ü, axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında qeydə alınan qəzanın görüntülərini açıqlayıb. Bildirilib ki, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan” dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
apa.az

10Mənbələr