ABŞ Hərbi Hava Qüvvələri İrana məxsus "Süleymani" sinifli korvetə zərbə endirib.
BAKU.WS xəbər verir ki, hücum "United States Air Force" tərəfindən həyata keçirilib və hədəf "IRIS Shahid Sayyad Shirazi" adlı hərbi gəmi olub.
Hadisənin görüntülərini "OSINTtechnical" layihəsi "X" sosial şəbəkəsində paylaşıb. Kadrlarda zərbə anı əks olunub. Həmin vaxt gəminin eyni anda "Qadir" tipli gəmi əleyhinə raket buraxdığı görünür.
Bundan əvvəl ABŞ-nin Müdafiə Nazirliyi İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatının torpedalanmasını əks etdirən görüntüləri yayımlamışdı. Məlumata görə, zərbədən sonra gəmidə yanğın başlayıb və ardınca güclü partlayış baş verib.
Footage of a US aircraft bombing the Iranian IRGC Navy’s Soleimani-class corvette IRIS Shahid Sayyad Shirazi.
— OSINTtechnical (@Osinttechnical) March 5, 2026
At least one of the Iranian corvette's Ghadir antiship missiles cooks off, flying out of its amidships launcher. pic.twitter.com/mjD429gyh8