AZ

Paşinyanı niyə Qəddafiyə bənzətdilər - HƏDƏ, yoxsa...

Paşinyanın iyundan parlament seçkiləri ərəfəsi fəallığı Ermənistanın revanşist qüvvələri tərəfindən xüsusi qıcıqla qarşılınır. Ermənistanın hakim Vətəndaş Müqaviləsi partiyası "praymeriz" adlanan partiyadaxili seçkilər ərəfəsində partiya üzvlərinin diqqətini çəkən piar-gedişlər edirlər.

“Aravot” yazır ki, Paşinyan kameraların müşayiəti ilə küçələrdə gəzəndə, mağazalara, mikroavtobusa minəndə və nərd oynayanda bu, artıq partiyadaxili seçki kampaniyası deyil. “Bu seçki kampaniyasının mesajı olduqca aydındır: "Mən sadə, adi bir adamam, xalqdan gəlmişəm, təkəbbürlü, oğru "elita"nın nümayəndəsi deyiləm". Xüsusilə avtoritar rejimlərdə bu, çox vaxt liderin əsas "arqumenti" olur.

Filippin prezidenti Rodriqo Duterte küçə dilində, Venesuelanı mərhum prezidenti Uqo Çaves həftəlik "Aló Presidente" televiziya şousuna aparıcılıq etdi (o vaxtlar sosial media mövcud deyildi) və orta hesabla dörd-altı saat "xalqla xalqın dilində" danışmışdı. Lakin özünü "adi adam"ı təqdim etmək rekordu Liviya lideri Müəmmər Qəddafiyə aiddir.

Onun sərvəti 200 milyard dollar arasında qiymətləndirilirdi, lakin o, sadə bir bədəvi, ərəb köçəri və yarı köçəri pastoral tayfasının üzvü olduğunu iddia edirdi. "Bədəvi" olan Qəddafi sarayda deyil, çadırda yaşamağa üstünlük verirdi, baxmayaraq ki, bu çadırın nə qədər dəbdəbəli olduğunu təsəvvür etmək olar. Hətta onu xaricə səfərlərinə də aparırdı” deyə, nəşr yazır.

Paşinyanın partiyadaxili seçkilər ərəfəsində özünü “sadə vətəndaş” kimi göstərməsi klassik populist strategiyadır. O, bu yolla həm partiya üzvlərinin diqqətini cəlb edir, həm də xalq qarşısında “elita”dan fərqli, təvazökar lider imici yaradır. Ermənistan kontekstində bu addım Paşinyana həm müxalifəti neytrallaşdırmaq, həm də revanşist qüvvələrin təsirini azaltmaq imkanı verir. Amma onun işgəncələrlə öldürülən Qəddafi və ya ABŞ-ın zəhərlədiyi deyilən Çaveslə müqayisəsi diqqət çəkir.

Paşinyandan

Professor Elxan Mirzəyev Musavat.com-a deyib ki, Paşinyanı adıçəkilən keçmiş liderlərdən fərqləndirən cəhətlər var. Onun sözlərinə görə, həmin rəhbərlər ölkələrində irtica rejimləri yaratmışdı və böyük qəzəb var idi:

"Ona görə də onların sonu acınacaqlı oldu. Çünki xalqına pislik edən rejimlərin başçıları devrilərək, öldürülərək yola salınır. Bu mənada Ermənistanın keçmiş prezidentləri daha çox Qəddafiyə və başqalarına oxşaya bilər. Paşinyan isə real Ermənistan qurmağa çalışır və öz xalqına demək istəyir ki, sülh olmasa ölkə inkişaf etməyəcək. Sadəcə, revanşist güclər və Rusiya tərəfdarı olan qüvvələr təbliğat aparır ki, guya Paşinyan Azərbaycanın adamıdır ölkənin milli maraqlarını satıb, “artsax” ideyasını dəfn edib və Qarabağ erməniləri ilə maraqlanmır. Halbuki reallıqdan uzaq yanaşmadır. Nəzərə almaq lazımdır ki, seçki yaxınlaşır və belə bəyanatlar çox olacaq”.

E.Mirzəyevin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi üçün tək yol hərbi çevrilişdir, lakin indi real deyil:

“ABŞ səfirliyinin iki min əməkdaşı arasında kəşfiyyatçılar da var. Onlar Paşinyanı qoruyurlar. İkincisi, erməni ordusunda xeyli təmizləmə aparılıb və rus təsiri azaldılıb. Bundan əlavə, Rusiya Ukrayna müharibəsində ciddi problemlərlə üzləşib deyə Ermənistanda hakimiyyət çevrilişi üçün resursları məhdudlaşıb. Məncə, Paşinyan seçkilərdən qalib çıxacaq. Bu müddətdə isə gərginlik olacaq və bu da təbiidir. Seçki varsa, bütün tərəflər fəallaşırlar”.

Emil Salamoğlu
Musavat.com

 

Seçilən
120
50
musavat.com

10Mənbələr