AZ

NATO-nun baş katibi ABŞ-nin İran əleyhinə hərəkətlərinidəstəkləyir

NATO-nun baş katibi Mark Rutte bildirib ki, NATO üzv dövlətlərinin xeyli hissəsi ABŞ-nin İranın nüvə və raket potensialını hədəf almağa yönəlmiş hərəkətlərini dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Rutte "Newsmax" televiziya kanalına verdiyi müsahibədə bildirib.

Rutte qeyd edib ki, NATO birbaşa iştirak etməsə də, müttəfiqlər ABŞ prezidentinin İranın nüvə və raket potensialını aradan qaldırmaq üçün regionda atdığı addımları ümumilikdə dəstəkləyirlər.

O əlavə edib ki, Avropa müttəfiqləri Tehranın hərəkətlərindən ciddi şəkildə narahatdır və Fransa Prezidenti Emmanuel Makron ilə İspaniyanın baş naziri Pedro Sançez daxil olmaqla bəzi Avropa liderlərinin tənqidlərinə baxmayaraq, NATO ölkələri ABŞ və İsrailin İrana qarşı hərəkətlərinə “əsas dəstək” göstərir.

Rutte vurğulayıb ki, regionda gərginliyin artması fonunda NATO qüvvələri alyansın ərazisini müdafiə etməyə hazır olacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
81
1
redaktor.az

2Mənbələr