Bakı. Trend:
Azərbaycanda sosial-iqtisadi tərəqqinin davamlı şəkildə təminolunması və ixracyönümlü iqtisadi modelin möhkəmləndirilməsiməqsədilə yeni yanaşmaları özündə birləşdirən sənəd hazırlanıb.
Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda“Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və dataəsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
Nazir bildirib ki, sənəddə sahəvi qurumların öz fəaliyyətistiqamətləri üzrə inkişaf göstəricilərinə görə məsuliyyətlərininartırılması, monetar və fiskal qərarların sosial-iqtisadi inkişafaolan təsirinin, eləcə də mümkün mənfi nəticələrinindəyərləndirilməsi məqsədilə analitik təhlillərin həyata keçirilməsikimi yanaşmalar öz əksini tapıb:
"Sənəddə eyni zamanda ixracyönümlü iqtisadiyyatınformalaşdırılması üçün kredit resurslarına çıxış imkanlarınıngenişləndirilməsi və digər innovativ mexanizmlər də nəzərdətutulub. Bu sənədin ilkin müzakirəsi ötən həftə İqtisadi Şuraçərçivəsində keçirilib. Qeyri-neft-qaz məhsullarının yeni bazarlaraixrac olunması və mövcud bazarlarda mövqelərin daha damöhkəmləndirilməsi üçün ticarət fəaliyyətində güzəştli rejimlərinəhatə dairəsinin genişləndirilməsi zəruridir. Bu kontekstdə Ələtİqtisadi Zona tərəfindən yaradılan imkanlardan daha aktiv şəkildəyararlanma planlaşdırılır".