“Qayıtmayacaqdım bu mövzuya, amma... Fazil Mustafa şəxsi həyatda xoşbəxtlik tapmayan milyonçu dostlarının problemini Milli Məclisdə gündəm edib, hətta, bundan ötrü statistika draması uydurub”.
“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
“Rəqəmlərdə onun qandığı bir şeyin olmadığını dünən mən millətin gözü qarşısında sübut edəndən sonra, səhvini etiraf etmək əvəzinə, bugünkü yazısında Azadlıq Qələbəmi qaralamağa cəhd edib. Dünən çıxmış təzəcə kitabımda azadlıq mübarizəmin və bərabəri olmayan qələbəmin nəyin bahasına əmələ gəldiyini tam təsvir etmişəm. Hər kəs oxusun, bu gopçunun cavabını versin”, - o bildirib.
Telegram kanalımız