Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi üzrə qiyabi məhkəmə hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Qənimət Zahidovun müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zahidova qiyabi hökm oxunub.
Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.