Avstraliya Baş naziri Yaxın Şərqə hərbi qüvvələrin göndəriləcəyini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Avstraliyanın Baş naziri Entoni Albaneze regionda davam edən hərbi və siyasi gərginlik fonunda Yaxın Şərqə əlavə “hərbi imkanların” (hərbi kontingent və texnika) yerləşdiriləcəyini rəsmən elan edib.
Hökumət başçısı bildirib ki, bu qərar təhlükəsizlik risklərinin artması və beynəlxalq sabitliyin qorunması zərurətindən irəli gəlib.
Məlumata görə, göndəriləcək hərbi qüvvələr regionda həm müdafiə xarakterli əməliyyatlarda, həm də strateji maraqların və təhlükəsizlik dəhlizlərinin qorunmasında iştirak edə bilər.
Avstraliya tərəfi bu addımın müttəfiqlərlə koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az