AZ

"SOCAR Balkan" Bolqarıstanda hibrid qazlaşdırma layihəsi haqda (ÖZƏL)

Bakı.Trend:

2025-ci ildə Bulgartransgaz şəbəkəsinə qoşulmayan regionlarasıxılmış təbii qazın (CNG) tədarükünü nəzərdə tutan hibridqazlaşdırma layihəsi çərçivəsində uğur əldə olunub.

Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri MuradHeydərov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənayevə 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumiqaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyəo bildirib.

SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyətiilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilottədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləriqiymətləndirir:

“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağınmürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənməistiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklərgörürük”, – deyə o bildirib.

SOCAR-ın Bolqarıstanın neft məhsulları bazarındakı fəaliyyətinəgəlincə, M.Heydərov bildirib ki, şirkət ilkin pilot tədarüklərçərçivəsində kommersiya imkanlarını və perspektivləriniqiymətləndirməkdədir.

“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağınmürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənməistiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklərgörürük”, – deyə o bildirib.

Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “AzerbaijanGas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumiqaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da2024-cü ilin göstəricisinə yaxındır:

“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakıtələbatdan və regional qaz portfelimizdən asılıdır”.

Qeyd edək ki, daha əvvəl Bolqarıstanın Energetika Nazirliyibildirib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təminedilir.

“Bu saziş tədarüklərin proqnozlaşdırıla bilən olmasını,etibarlılığını və Avropada ən rəqabətə davamlı qiymət şərtlərindənbirini təmin edir. Qeyri-sabit bazarlar dövründə Azərbaycan qazısabitləşdirici rol oynayır — tədarüklər fasiləsiz həyata keçirilir,müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliklərinin təsiriniməhdudlaşdırır. Bu isə biznes və ev təsərrüfatları üzərindətəzyiqin azalması, iqtisadiyyatın dayanıqlılığının artması vəBolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir”,– nazirlikdən bildirilib.

Bolqarıstanın energetika naziri vəzifəsini icra edən TrayçoTraykov vurğulayıb ki, regional qaz infrastrukturunun inkişafı vəBolqarıstanın Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətlitərəfdaşlığı enerji təhlükəsizliyinin artırılması, mənbə vəmarşrutların şaxələndirilməsi baxımından mühüm şərtlərdir.

“İndiki kimi böhranlar zamanı strateji tərəfdaşlıqlar öz realdəyərini nümayiş etdirir. Azərbaycan etibarlı uzunmüddətli tərəfdaşvə enerji sabitliyimizin dayağıdır”,- deyə Traykov vurğulayıb.

Məqalədə:
Seçilən
138
az.trend.az

1Mənbələr