AZ

ABŞ İranda şah yox, molla rejimini seçir?

İranda vəziyyət gərgin olaraq qalır. Xarici müdaxilə ilə paralel ölkə rəhbərliyində baş verən dəyişiklik vəziyyəti daha da dramatikləşdirir.

Bu azmış kimi İran şahının varisi siyasi alət kimi ortaya atılıb.

Bəs, bu variant nə qədər realdır?

Bununla bağlı fikirlərini News365.az-la bölüşən REAL Partiyasının sədri Natiq Cəfərli deyir ki, İran hadisələri fonunda bir neçə aydır ki, “Pəhləvi” əməliyyatı haqqında bir neçə dəfə fikir bildirib:

“ABŞ, Britaniya və bəzi digər Qərb ölkələri Pəhləvi məsələsini gündəmə gətirəndə, müəyyən siyasi-iqtisadi dəstək göstərəndə məqsədləri var idi: Kənardan izləyib Pəhləvinin həm şansını ölçmək, həm də İran elitasından onuna əlaqə qurmağa çalışan adamların olub-olmadığını görmək istəyirdilər. Nə İran daxilində dəstək, elitadan ona sahib çıxıb, birgə davranmağı təklif edənlər olmadı – deməli, Pəhləvi kartı artıq işlək deyil, Trampın açıq şəkildə bu yöndə mesaj verməsi, əslində İran daxilindəki elitalara hesablanıb.

Əgər Ali Dini Lider mövqeyinə doğrudan da mərhum Xameneinin oğlu gətiriləcəksə, bu da elitalar (ən azından, bir qismi) tərəfindən, əsas da sivil siyasət tərəfindən heç də xoş qarşılanmayacaq, əhali üçün də pis mesaj olacaq – toplum 1979-da hakimiyyətin atadan oğula, sülalə yolu ilə keçməsinə qarşı inqilab etdi, və nəticədə Ali Dini lider Şahdan daha böyük səlahiyyət sahibi oldu, bunun da üzərinə hakimiyyət də sülalə sistemə keçmək istəyir. O zaman sual yaranır ki, bəs bu inqilab niyə olmuşdu?!

ABŞ Pəhləvinin üzərindən xətt çəkdi, mesaj verdi ki, İranda sülalə hakimiyyəti istəmir, indi daxildə qan bağı ilə formalaşan model təklif olunsa, bu da siyasi elita tərəfindən etirazla qarşılanacaq, istər-istəməz, daxildə hakimiyyət uğrunda mübarizə kəskinləşəcək...”

News365.az

 

Seçilən
11
news365.az

1Mənbələr