BAKI, 5 mart. TELEQRAF
“Erməni kilsəsi Ermənistan qanunlarına tabe olmalıdır, başqa ölkənin yox”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.
Deputat katolikos II Qareginin subaylıq andını pozaraq kilsəyə xəyanət etdiyini bildirib.
“Qoy öz qanunlarını yenidən nəzərdən keçirsinlər, sonra da bəyan etsinlər ki, eşiş bir yox, üç arvad saxlaya bilər, qoy onlara heç kim söz deməsin. Bizim Konstitusiyaya tabe olmalıdırlar, burada yaşayıb Rusiya FSB-si ilə hərəkət etməməli, Ermənistanı arxadan vurmamalıdırlar”, - o bildirib.