AZ

Azərbaycan Kubokunda son 2 yarımfinalçı bəlli olur – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Öncə “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Cavid Cəlilov idarə edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Mərhələnin sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar.

Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Zirə” və “Qarabağ” komandaları yarımfinala yüksəliblər.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
5 mart

14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
5
arena.az

10Mənbələr