AZ

UEFA, KONMEBOL və Qətər 48 saat ərzində qərar verməlidir

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniya və Argentina arasında keçirilməli olan Finalissima böyük ehtimalla, Avropada keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.

UEFA, KONMEBOL və Qətər bu məsələ ilə bağlı 48 saat ərzində qərar verəcək. London, Roma və Milan şəhərlərindən biri oyuna ev sahibliyi edə bilər.

Mənbənin sözlərinə görə, matç Afrikada, Mərakeşin Rabat şəhərində də keçirilə bilər.

Qeyd edək ki, oyunun əvvəlcə martın 27-də Qətərdə keçirilməsi planlaşdırılırdı. Lakin Qətər Futbol Federasiyası Yaxın Şərqdəki vəziyyətə görə bütün futbol turnirlərini və idman yarışlarını təxirə salıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
sport24.az

1Mənbələr