AZ

Flamenqo avropalı yeni baş məşqçi ilə anlaşdı

ain.az bildirir, sport24.az portalına istinadən.

Filipe Luislə yolları ayıran "Flamenqo"nun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı Leonardo Jardim Brazliya təmsilçisinin "sükanı arxasına" keçib. 51 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcı karyerası ərzində Avropada "Monako" (2014-2019) və "Sportinq" (2013-2014) kimi klublarda çalışıb. Onun sonuncu iş yeri "Kruzeyro" (2025) olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
sport24.az

1Mənbələr