AZ

ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib.

"Report" xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib.

Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir.

Hazırkı prezident Donald Trampın partiyasının üzvləri tərəfindən idarə olunan ABŞ Nümayəndələr Palatasında da oxşar sənəd üzrə səsvermənin cümə axşamı günü keçirilməsi gözlənilir.

"Washington Post" əvvəllər sənədlərin ABŞ Konqresi tərəfindən təsdiqlənmə ehtimalının az olduğunu proqnozlaşdırmışdı. Hətta onlar Konqres tərəfindən təsdiqlənsə belə, prezidentin ona veto qoymaq hüququ olacaq.

Seçilən
48
1
far.az

2Mənbələr