AZ

Azərbaycan şabalıdı Rusiyaya neçəyə satır?

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən il Azərbaycana 1694,91 ton qabıqlı şabalıd idxal olunub.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, idxal edilən şabalıdın ümumi dəyəri 3 milyon 916,98 min ABŞ dolları təşkil edib.

Məlumata görə, Azərbaycan şabalıdı əsasən Çin və Gürcüstandan idxal edib, eyni zamanda Rusiyaya ixrac həyata keçirib.

İdxalda əsas pay Çinin payına düşüb. Belə ki, bu ölkədən 1639,42 ton şabalıd idxal olunub və bunun dəyəri 3 milyon 802,54 min ABŞ dolları olub. Hesablamalara görə, Çindən idxal edilən şabalıdın 1 kiloqramının orta qiyməti 2,31 dollar və ya 3,94 manat təşkil edib.

Gürcüstandan isə 55,5 ton şabalıd idxal edilib. Bu idxalın ümumi dəyəri 114,45 min ABŞ dolları olub. Beləliklə, bu ölkədən gətirilən şabalıdın 1 kiloqramının orta qiyməti 2,06 dollar və ya 3,50 manat təşkil edib.

Eyni zamanda Azərbaycan Rusiyaya 1,62 ton şabalıd ixrac edib. Bu ixracın ümumi dəyəri 4,85 min ABŞ dolları olub. Hesablamalara əsasən, Rusiyaya ixrac olunan şabalıdın 1 kiloqramının orta qiyməti 2,99 dollar və ya 5,08 manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
164
7
olke.az

10Mənbələr