AZ

ABŞ la İran arasında müharibənin dayandırılmasını nəzərdə tutan qətnamə Senatda keçməyib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 5 mart, AZƏRTAC

ABŞ Senatında Demokratlar Partiyasının irəli sürdüyü İrana qarşı hərbi əməliyyatlar üçün Konqresin təsdiqini tələb edən qətnamə rədd edilib.

AZƏRTAC-ın məlumatına görə, ABŞ silahlı qüvvələrinin İran daxilində və ya İrana qarşı hərbi əməliyyatlardan çıxarılmasını nəzərdə tutan layihə 47 lehinə, 53 əleyhinə səslə uğursuz olub.

Qətnamənin həmmüəlliflərindən biri olan senator Rand Paul lehinə səs verən yeganə Respublikaçılar Partiyası təmsilçisidir. Senator Con Fetterman isə əleyhinə səs verən yeganə Demokratlar Partiyasının üzvüdür.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
azertag.az

3Mənbələr