AZ

Yaxın Şərqdə alov BÖYÜYÜR: İran eyni anda bir neçə ölkəyə ZƏRBƏ ENDİRİDİ

İran “Amazon”un data mərkəzini və İsrailin strateji obyektlərini hədəf alıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına istinadən xəbər yayıb.

İran regionda hərbi əməliyyatların miqyasını kəskin şəkildə artırıb. Məlumata görə, İrana məxsus pilotsuz uçuş aparatı (PUA) Bəhreyndə yerləşən “Amazon” şirkətinin data mərkəzinə hücum edib.

Eyni zamanda, SEPAH İsrailə qarşı həyata keçirilən zərbələr barədə məlumat yayıb. Bildirilir ki, İsrail Müdafiə Nazirliyinin binası və ölkənin ən böyük hava limanı olan Ben-Qurion beynəlxalq hava limanı hədəf alınıb. Hücumlar nəticəsində dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat verilməyib.

Bu addımlar Yaxın Şərqdə hərbi gərginliyin ən yüksək həddə çatdığından xəbər verir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
82
39
interpress.az

10Mənbələr