AZ

İraqın kürd qüvvələri İrana qarşı quru hücumuna BAŞLADI

İraqın kürd qüvvələri İrana qarşı quru hücumuna başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “i24News” telekanalı məlumat yayıb.

İraqda fəaliyyət göstərən kürd hərbi birləşmələri İrana qarşı quru əməliyyatına başlayıblar. Məlumata görə, kürd qüvvələri artıq iki ölkə arasındakı sərhədi keçiblər.

Silahlı qruplaşmaların İran ərazisində bir neçə strateji nöqtədə döyüş mövqeləri tutduqları bildirilir. Bu addım regionda hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda baş verib və vəziyyətin daha da kəskinləşməsinə səbəb ola bilər.

Hazırda İran tərəfinin bu irəliləyişə necə reaksiya verəcəyi və sərhəd bölgəsindəki toqquşmaların miqyası beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
15
interpress.az

10Mənbələr